Cəbrayılda külli miqdarda narkotik aşkarlandı


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum edilmiş Füzuli rayon sakini R.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirilib ki, onun üzərinə baxış keçirilən zaman külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top