“Qaçqınkom”un 286 minlik tenderini vergi borcu olan şirkət uddu


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cyberspace” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, “Qaçqınkom” Bakı, Gəncə şəhərlərində, Bərdə, Oğuz, İsmayıllı və Qax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə görə “Cyberspace” MMC-yə 286 min manat 41 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Cyberspace” MMC-nin qanuni təmsilçisi Abbasəliyev Ervin Sahib oğludur. 40 manat nizamnamə kapitalı olan şirkət 2 aprel 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Xəbəri rus dilində oxuyun: Компания с налоговой задолженностью выиграла тендер "Гачкынкома" на 286 тысяч
Qeyd edək ki, ötən günə (9 sentyabr) olan məlumata görə, “Cyberspace” MMC-nin dövlət büdcəsinə 76 min 4 manat 74 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top