Kraliça öldü, dünyada ən çox taxtda qalan kral o oldu


Bruney kralı Hassanal Bolkiah Kraliça II Yelizavetanın ölümündən sonra dünyanın ən uzun müddət krallıq edən monarxı olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
1967-ci ildə sultan elan edilən Hassanal Bolkiah 54 il 339 gündür taxtdadır. Bu, hazırda ikinci yerdə olan Danimarka kraliçası II Marqretin hakimiyyətindən 4 il artıqdır.
Qeyd edək ki, sentyabrın 8-də vəfat edən Kraliça II Yelizaveta 70 il 7 ay hakimiyyətdə olub.

DİGƏR XƏBƏRLƏR

Top