
Rusiyanın Sankt-Peterburq şəhərində “Smolninskoe” Bələdiyyə Şurasının deputatları Dövlət Dumasına müraciət edərək Prezident Vladimir Putini dövlətə xəyanətdə ittiham etməyi təklif ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Rusiya nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, həmin müraciət Dumada olan partiya liderlərinə və Rusiyanın Təhlükəsizlik Şurasına ünvanlanıb. Onların Rusiya ordusunun gözdən salındığını buna əsas gətiriblər. Daha sonra məsələ ilə əlaqədar 7 deputat polis şöbəsinə çağırılıb.