
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili həbs olunduqdan sonra 30 kq arıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin müxalifətdəki Vahid Milli Hərəkat Partiyasından olan deputatı Koba Nakopia bildirib.
“Xeyli çəki itirib, təxminən 30 kiloqram. Aydındır ki, onun səhhəti diqqət tələb edən deyil, həyəcanvericidir. Onu ixtisaslaşmış klinikaya köçürmək lazımdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə ay qabaq Saakaşvili Gürcüstana gəldikdən sonra həbs edilmişdi.