İş verilməsini tələb edən qazi ilə bağlı Agentlikdən açıqlama


Vətən müharibəsi qazisi Tağızadə İlqar Mənəf oğlu Dövlət Məşğulluq Agentliyinin İmişli rayon şöbəsində çəkiliş aparıb, özünüməşğulluq proqramında iştirak etmək istəyini bildirib və işlə təmin olunmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkəlrədə yayılıb.
Qazi, ona özünüməşğulluq üçün ev heyvanı verilmədiyini deyib.
Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyi açıqlama yayıb. Məlumatda İ. Tağızadənin Agentliyin İmişli rayon şöbəsində qəbul qaydalarını pozması, icazəsiz çəkiliş aparması qeyd olunub:
“Vətən müharibəsi iştirakçısı olan İmişli rayon sakini Tağızadə İlqar Mənəf oğlunun özünüməşğulluq proqramına cəlb edilməsi üçün 13 iyun 2022-ci ildə yaşadığı ünvanda maddi-məişət şəraitinə baxış keçirilib. Monitorinq zamanı onun mülkiyyətində nəqliyyat vasitəsi və həyətyanı təsərrüfatında 4 baş iribuynuzlu heyvan və 15 baş xırdabuynuzlu heyvan mövcud olduğu aşkarlanıb və qaydalara uyğun olaraq özünüməşğulluq proqramına qoşula bilməyib.
Qanunvericiliyin tələbləri və özünüməşğulluq proqramının mahiyyəti barədə İlqara dəfələrlə izah edilməsinə baxmayaraq, sentyabrın 8-də bir neçə nəfərlə birgə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon nümayəndəliyinə gələrək qəbul qaydalarını pozub, icazəsiz çəkiliş aparıb, statusundan sui-istifadə edərək imtina qərarının dəyişdirilməsi üçün cəhdlər edib.
Qalib ordumuzun əsgəri adından sui-istifadə edərək hüququ yaranmadığı halda hər hansı sosial dəstək tədbirindən yararlanmağa çalışmaq və buna ehtiyacı olan aztəminatlı veteranların və şəhid ailələrinin haqqına girməyə cəhd etmək yolverilməzdir”.

DİGƏR XƏBƏRLƏR

Top