Bakıda NATO-nun təlim kursu keçirilir


Bakıda NATO-nun "Sülh və təhlükəsizlik naminə elm proqramı" çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün "Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu" keçirilir.
Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən xəbərə görə, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda praktiki qrup çalışmaları yerinə yetirilir.

DİGƏR XƏBƏRLƏR

Top