Narkotikə görə 7 gömrük əməkdaşının işdən çıxarıldığı deyilir


Bir neçə gün bundan öncə mediada Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxardığına dair xəbərlər yayıldı. Bildirilirdi ki, sədr əvəzi Gömrük Komitəsi əməkdaşların narkoloji analizdən keçirib.

Nəticədə Hövsanda və digər postlarda işləyən gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlandığı, bu səbədən Şahin Bağırovun onları işdən azad etdiyi bildirilirdi.
Bundan əlavə, Dövlət Gömrük Komitəsi özü də rəsmi məlumat yayaraq, narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarınının işdən çıxarılmasına münasibət bildirdi.
Qeyd olunurdu ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.
DGK məsələ ilə bağlı açıqlama versə də, narkotik istifadəçisi olan nə qədər gömrük əməkdaşının işdən çıxarıldığına aydınlıq gətirməmişdi. Mediada isə narkotikə görə gömrükçülərin kütləvi halda işdən çıxarıldığı yazılırdı.
Xəbəri rus dilində oxuyun: 7 таможенников якобы уволены за употребление наркотиков
Yeniavaz.com xəbər verir ki, Bakupost.az saytı mövzu ilə bağlı bir sıra iddialar səsləndirib.
Bildirilib ki, DGK-nın keçirdiyi tibbi müayinədən sonra həqiqətən də işdən çıxarılanlar olsa da, bu, kütləvi xarakter daşımayıb. Belə ki, müvafiq müayinələrdən sonra DGK-nın 7 əməkdaşının narkotik istifadəçisi olduğu məlum olub. Onlardan 2-si qadındır.
Qeyd edilib ki, həmin şəxslər heç də DGK-da yüksək vəzifə tutmurlar. Narkotikə görə işdən çıxarılan 7 nəfər müxtəlif gömrük postlarında çalışan inspektorlardır. Tibbi müayinə nəticəsində narkotik istifadəçiləri olduqları təsdiqlənən həmin 7 nəfərin dərhal ərizələri alınıb və onlar gömrük sistemindən uzaqlaşdırılıblar.

DİGƏR XƏBƏRLƏR

Top