Bakı sakini qayçı uddu - Foto


Yad cisim (qayçı) udan vətəndaş TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub.
Yeniavaz.com
xəbər verir ki, 6 sentyabr 2022-ci il saat 22:10 radələrində təcili tibbi yardım avtomobili ilə yad cisim (qayçı) udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.
Cərrah Fəyyaz Məmmədovun icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub.Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.
Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top