Üç gündə Ukrayna 50 kilometr irəlilədi - Xarkovda əks-hücum


“Xarkov istiqamətində Ukrayna hərbçiləri uğurlu əks-hücum əməliyyatı keçirir”.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində deyilir.
“Ukrayna Silahlı Qüvvələri məharətli və yaxşı əlaqələndirilmiş hərəkətlər sayəsində yerli əhalinin dəstəyi ilə 3 gün ərzində demək olar ki, 50 km irəliləyib”, - məlumatda bildirilir.
Xəbəri rus dilində oxuyun: Украина за три дня продвинулась на 50 километров - Контратака в Харькове
Baş Qərargah məlumat yayıb ki, kəşfiyyat məlumatlarına görə, düşmənin ayrı-ayrı bölmələri xeyli itki verib.
"İşğalçılar yaralı şəxsi heyəti və zədələnmiş hərbi texnikanı Olxovatka və Borodoyarskoye yaşayış məntəqələri ərazilərinə təxliyə etməyə çalışırlar. İşğalçı qoşunların mülki geyimli şəxsi heyəti fərariliyə əl ataraq Rusiya Federasiyası ərazisinə qayıtmağa çalışır. Belə ki, gün ərzində 15-dən çox belə hal qeydə alınıb”, - Baş Qərargahdan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top