
ABŞ Rusiyaya pilotsuz təyyarələrin çatdırılmasında iştirak etdiyi iddia edilən İranda yerləşən yükdaşıma aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Sənəddə bildirilir ki, Tehranın “Safiran Airport Services” şirkətinə qarşı məhdudiyyətlər Ukraynaya qarşı müharibə üçün İranın pilotsuz uçuş aparatlarının Rusiyaya göndərilməsində iştirakla əlaqədar görülüb.