ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin tərkibi açıqlandı


ABŞ hökuməti Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ hökuməti Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində Kiyevə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün əlavə sursatlar, HARM antiradar raketlərinin yeni partiyasını və 4 ədəd 105 mm-lik haubitsa verəcək. Həmçinin, Ukraynaya 36 min ədəd 105 millimetrlik artilleriya mərmisi, 100 ədəd zirehli maşın, 5 mindən çox tank əleyhinə sistem, atıcı silahlar üçün 1,5 milyon patron, uzaqdan minalama üçün 1 000 ədəd 155 millimetrlik mərmi, əlavə qumbaraatanlar və və atıcı silahlar, tibbi zirehli maşınlar və gecəgörmə sistemləri göndəriləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top