Böyük Britaniya kraliçası dünyasını dəyişdi


Böyük Britaniya kraliçası II Yelizaveta öldü.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb.


***20:34
Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib.

Yeniavaz.com “Sky News“a istinadla xəbər verir ki, kraliçanın səhhətinin pisləşməsindən sonra ailə üzvlərindən Şahzadə Çarlz və Şahzadə Anne, Balmoral qəsrinə gəlib.

Kraliçanın digər ailə üzvlərindən Şahzadə Ulliam və Herri isə Şotlandiyanın Aberdin şəhərindən qəsrə doğru yola düşüblər.

Qeyd edək ki, bu gün Bukinqam Sarayı II Yelizavetanın səhhətinin pisləşdiyini, onun həkim nəzarətinə götürüldüyünü qeyd edib.


***18:09
Böyük Britaniya kraliçası II Yelizaveta xəstəxanaya yerləşdirilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 96 yaşlı kraliçanın vəziyyətinin ağır olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top