Paşinyan sülh müqaviləsi ilə bağlı tapşırıq verdi


Brüsseldəki üçtərəfli görüşdən sonra Nikol Paşinyan İrəvanda təkbətək görüş keçirib, o, əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ətraflı təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Xüsusən, qəzetin mənbəsinin sözlərinə görə, Paşinyan “sülh müqaviləsi”nin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb. Bu sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır. Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəsinin bildirdiyinə görə, bir aydan artıqdır ki, XİN-də xüsusi qrup fəaliyyət göstərir və bütün diqqəti bu sənəd üzərində cəmləyib”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top