Ermənistan məktəblərində Azərbaycan dili tədris olunur


“44 günlük müharibədə azərbaycanlıların erməni dilini bir çox hallarda ləhcəsiz bilməsinin səviyyəsini döyüş meydanında gördük. Onlar təlim keçmişdilər və indi də, o cümlədən məktəblərdə təhsil alırlar”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan deyib.
“Türk və Azərbaycan dilini seçmə fənn kimi və yalnız orta məktəblərdə təklif edirdik. Və çox şagirdlər türk və azərbaycan dilini seçdi. Məktəblərdən birinin direktorundan soruşanda dedilər ki, səbəblər azərbaycanlılarınki ilə eynidir. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top