Tanınmış sufi alim dünyasını dəyişdi


Xəlvətilik təriqətinin Cərrahilik qolunun şeyxi, tanınmış mütəsəvvüf alim, sufi Ömər Toğrul İnançər vəfat edib.

Yeniavaz.com Türkiyənin Hurriyet.com.tr saytına istinadən xəbər verir ki, yazıçı, hüquqşünas, mütəsəvvif, Pir Nurəddin Cərrahiyyə təkkəsinin son postnişini (həmin dərgahın başında olan şəxs) Ömər Tuğrul İnançər 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ömər Toğrul İnançər Şamaxıda Pir Ömər Avaxılinin təkkəsində formalaşan, Bakıda Seyyid Yahya Bakuvi
nin dərgahında sistemləşərək bütün dünyaya yayılan Xəlvətiliyin günümüzdəki canlı nümunələrindən biri idi.
Xəlvətilik şair, ədib, dövlət adamı, hətta hökmdarlar kimi müxtəlif peşə ərbabını özündə toplayan 40-dan artıq şöbəsi, on minlərə çatan davamçı və sevənlərilə geniş Osmanlı coğrafiyasına yayılmışdı.

Miras İctimai Birliyinin sədri Fariz Xəlilli də öz sosial media hesabında Ömər Toğrul İnançərin vəfatı ilə bağlı status paylaşıb:
“…Ömər Toğrul İnançərin
arzularından biri Pir Ömər Avaxıli Şirvaninin türbəsinin yenidən inşa olunması və dünya xəlvətilik sufilərinin yenidən ziyarət yerinə çevrilməsi idi. İnşallah, Pir Ömər Xəlvətinin türbəsi bərpa olunacaq və onun da arzusu digər sufilər kimi həyata keçəcək”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tvitter hesabından Ömər Toğrul İnançərin vəfatı münasibətilə baş sağlığı mesajı paylaşıb, cənazə namazında iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top