Azərbaycana gələn ərəblərin sayı 670 dəfə artıb – Son statistika


Bu ilin avqust ayında Azərbaycana 171 min 960 nəfər əcnəbi gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkəyə gələn əcnəbilərin sayı ötən ilin avqust ayı ilə müqayisədə 2,2 dəfə artıb.
Avqust ayında Azərbaycana ən çox Rusiya vətəndaşları səfər edib. Ötən ay 43 min Rusiya vətəndaşı ölkəmizə gəlib. 2021-ci ilin avqustunda bu göstərici 25,5 min nəfər olub.
Ən kəskin artım isə Səudiyyə Ərəbistanı vətəndaşlarının sayında qeydə alınıb. 2021-ci ilin avqust ayında Azərbaycana cəmi 34 Səudiyyə Ərəbistanı vətəndaşı gəldiyi halda bu ilin avqustunda onların sayı 22,8 min nəfər olub. Rəqəmlərdən də göründüyü kimi 670 dəfə artım qeydə alınıb. Avqust ayında Rusiya (43 min) və Türkiyə (24,2 min) vətəndaşlarından sonra Azərbaycana ən çox Səudiyyə Ərəbistanı vətəndaşları səfər edib.
İran vətəndaşları 14,4 min nəfərlə 4-cü sırada yer alıblar. Ötən ilin avqust ayında bu göstərici 10,6 min nəfər olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top