Ruslar Xarkovu bombaladı - Ölənlər var


Sentyabrın 8-də səhər saatlarında Rusiya qoşunları Xarkovun bir neçə rayonuna silahlı hücum ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkə hesabında paylaşım edib.
“Gün ərzində ruslar Xarkov infrastrukturuna 5 raket zərbəsi endirib.
Gecə yarısından sonra işğalçılar şəhərin Xolodnoqorski və Saltivski rayonlarına zərbələr endiriblər. Əvvəllər S-300 raketləri yenidən istifadə olunurdu.
Kritik infrastruktur obyektinə, istehsalat ərazisindəki binalara ziyan dəyib.
Gecə saat 2-dən sonra Xarkov rayonunun Derqaçiv icmasında işğalçıların bir neçə zərbəsi nəticəsində 2 qadın yaralanıb. Zərərçəkənlər partlayıcı və qəlpə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Şəxsi evlərə və ticarət obyektlərinə ziyan dəyib, yanğınlar başlayıb.
Bundan əlavə, həkimlər gün ərzində 2 nəfəri Çuquyev rayonunda, 1 nəfəri Xarkov rayonunda, 3 nəfəri İzyumski rayonunda - onların arasında 2 yaşlı uşaq da var – xəstəxanaya yerləşdiriblər”.
Daha sonra o, növbəti paylaşımında insan itkiləri barədə məlumat verib:
“Təəssüf ki, sənaye məhəlləsinin atəşə tutulması nəticəsində insan tələfatı var. Həkimlərin ilkin məlumatına görə, 2 nəfər ölüb, 5 nəfər yaralanıb”.
Şəhərin meri İqor Terexov isə hadisə yerindən fotolar paylaşıb:
 

DİGƏR XƏBƏRLƏR

Top