Siyasi partiyaların Azərbaycandan kənarda hesab açması qadağan edilir


Siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir.
Yeniavaz.com
xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Bu barədə layihənin "Siyasi partiyanın fəaliyyətinin maddi təminatı" adlı V fəslinin  24.3-cü bəndində bildirilir:
 - Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.
Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top