
“2020-ci il müharibəsindən sonrakı status-kvo təhlükə ilə doludur. Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik?”
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının hakim “Mülki Müqavilə” fraksiyasının üzvü, deputat Arsen Torosyan deyib.
“Bunun üçün 30 ildir müharibə və hərbi münaqişələr şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır. 1994-cü ildə 25 min qurban verən, 600 min qaçqını olan müharibədə Azərbaycan yaralanıb, yoxsa qurbanlar yalnız bizik? Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələdir. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə Artsaxın (Qarabağda məskunlaşmış separatçı rejim - red) müstəqilliyinə nail ola bilməyərək uğursuzluğa düçar olmuşdu. Bu fikir özünü aldatma idi. Artsaxın müstəqilliyini tanımaq şansları yoxdur və heç vaxt olmayıb. Biz çalışırıq ki, mina və ya partlayışlar “Artsax problemi"nin həllinə çevrilməsin”, - Torosyan bildirib.