Yunanıstan Ərdoğanı NATO və BMT-yə "şikayət etdi"


Yunanıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Egey adaları barədə bəyanatı ilə bağlı NATO və Birləşmiş Millətlər Təşkilatına (BMT) “şikayət məktubu” göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, R. T. Ərdoğan Yunanıstanı Egey dənizindəki hərbsizləşdirilmiş adaları işğal etməkdə ittiham edib və Türkiyənin yeri gələndə "lazım olanı etməyə" hazır olduğunu bildirib.
Prezident Ərdoğanın Egey adaları ilə bağlı açıqlamasını “təxribat” adlandıran Yunanıstan bununla bağlı NATO və Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub göndərərək Türkiyənin açıqlamasının pislənməsini istəyib.
Türkiyənin də bu həftə Aİ, NATO və BMT-yə məktub göndərərək mübahisəli hava məkanları, qitə şelfi və Egey adalarının tərksilah edilməsi kimi mövzularda öz fikir və mövqeyini ifadə etdiyi bildirilib.
Qeyd edək ki, Türkiyə və Yunanıstan son vaxtlar hava məkanından tutmuş Egey dənizindəki adalara, dəniz yurisdiksiyalarından və kontinental şelfdən tutmuş Aralıq dənizi və Kiprdəki karbohidrogen ehtiyatlarına qədər bir çox mövzuda fikir ayrılığı yaşayırlar.

DİGƏR XƏBƏRLƏR

Top