Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Ukraynaya verdiyi silahları metal qırıntıları adlandırıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib:
"Onlar Ukraynaya silah göndərdiklərini deyirlər. Əllərində olan metal qırıntılarını Ukraynaya göndərirlər. Bu müharibədə qalibin olacağını deyə bilərikmi? Qaliblər olmayacaq, amma uduzanlar çox olacaq", - deyə o bildirib.