Son 20 ildə Azərbaycanda yaşamamış şəxslər siyasi partiya yarada bilməyəcək...


Son 20 ildə Azərbaycanda yaşamamış şəxslər siyasi partiya yarada bilməz.
Yeniavaz.com
xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin “Siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, siyasi partiyanın ləğvi” adlı II fəslinin 5-ci maddəsinin birinci bəndində bu barədə deyilir:
“Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir”.

DİGƏR XƏBƏRLƏR

Top