"Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır"


“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır və Rusiyanın dəstəyi ilə bu prosesi başa çatdırmağı gözləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“2021-ci il yanvarın 11-də Moskvada biz Rusiya və Azərbaycan prezidentləri ilə regionda Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin başçılığı ilə üçtərəfli işçi qrupun yaradılması haqqında bəyanat imzaladıq”, - Paşinyan xatırladıb.
“Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən nəqliyyat marşrutları alacaq. Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir və deməliyəm ki, biz bunda çox maraqlıyıq və Rusiyanın dəstəyi ilə yaxın gələcəkdə bu məsələni həll edəcəyimizə ümid edirik”, - baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla danışıqlarda, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dəstəyinə də ümid edir:
“Rusiya Federasiyası da Azərbaycan üçün çox yaxın tərəfdaşdır və bu, məncə, imkanları açır”.

DİGƏR XƏBƏRLƏR

Top