
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz müsbət təsirini göstərib və atmosfer havasının keyfiyyəti yaxşılaşıb.