Bakıda bu yollarda sıxlıq var - Siyahı


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyət barədə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
6. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;
7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.



DİGƏR XƏBƏRLƏR

Top