BMT Zaporojye AES ətrafında döyüşləri dayandırmağa çağırdı


BMT Ukrayna və Rusiyanı Zaporojye atom elektrik stansiyası ətrafında hərbi əməliyyatları dayandırmaq öhdəliyini götürməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antonio Quterreş MAQATE missiyasının Atom Elektrik Stansiyasına səfərindən sonra Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Zavodun sırf mülki obyekt kimi yenidən açılması üçün bütün səylər həyati əhəmiyyət kəsb edir. İlk addım olaraq Rusiya və Ukrayna qüvvələri stansiya ilə bağlı və ya zavodun ərazisindən heç bir hərbi fəaliyyət həyata keçirməmək öhdəliyi götürməlidirlər”, - deyə o bildirib. 

 

DİGƏR XƏBƏRLƏR

Top