Ukrayna bəzi yaşayış məntəqələrini azad etdi


Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yerləşən bəzi yaşayış məntəqələrini azad edib.
Yeniavaz.com
 xəbər verir ki, bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.
Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır.
"Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və onların artıq tamamilə Ukraynanın yurisdiksiyasındakı torpaqlar kimi elan olunması üçün təxmini vaxt var. Buna görə də bir az da gözləyək, rəsmi hesabat hazırlayırıq”, - deyə Qumenyuk bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top