
Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostoka gedib.
Yeniavaz.com xəbər verir k, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan hökumətinin başçısı 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək plenar iclasında iştirak edəcək.
Tədbirdə Rusiya Prezidenti Vladimir Putin və digər dövlət başçıları da iştirak edəcək.
Nikol Paşinyanla Vladimir Putin arasında görüş planlaşdırılır.