Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış etdi


Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın yeni baş naziri “Dauninq Strit” küçəsindəki Baş nazir iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

O bildirib ki, Britaniya ictimaiyyəti dəfələrlə cəsarət və qətiyyət nümayiş etdirib və indi Ukrayna müharibəsinin həmçinin COVID virusunun yaratdığı qlobal problemlərlə üzləşir.

Liz Trass bildirib ki, vergilərin azaldılması və islahatlar yolu ilə iqtisadiyyatı inkişaf etdirmək üçün cəsarətli planı var. O, Böyük Britaniyanın işləməsi, qurulması və böyüməsi üçün öz missiyasında islahatlar aparacağını da əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top