Bu il tələbə adını qazanmış ən gənc abituriyentin neçə yaşı var?


Bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var.

Yeniavaz.com Modern.az-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, ən gənc tələbə 17 mart 2007-ci il təvəllüdlü Əsmər Məmmədovadır.

“Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub”, - deyə qurum rəsmisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top