“Yeni tədris ilində məktəblərin maddi-texniki bazası möhkəmləndiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşü zamanı deyib.
Görüşü giriş nitqi ilə açan E.Kərimov ilk olaraq yeni tədris ilində məktəblərin maddi-texniki baza və infrastrukturunun möhkəmləndiyini, eyni zamanda yeni tikiləcək və əsaslı təmir olunan məktəb binaları barədə məlumat verib. Daha sonra ötən tədris ilinin yekunları, əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələrdən danışıb.
Həmçinin idarə müdiri çıxışında ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görüləcək işlərdən söz açıb, bir sıra perspektiv məsələləri diqqətə çatdırıb.
Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Esmira Hidayətova, Ağdaş