
Yevlax rayonunun Havarlı kənd sakini Mahmudov Ramin Elxan oğlu itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, artıq 5 gündür onun axtarışları davam edir.
İtkinlə bağlı Raminin valideyinləri polis şöbəsinə də xəbər veriblər.
Yaxınlarının bildirdiyinə görə, uşaq vaxtı Raminə vurulan peyvənd iynəsindən sonra onda əqli gerilik (kəmağıllıq, oliqofreniya) yaranıb.

Esmira Hidayətova, Yevlax