Nazirlik ermənilərin yaydığı məlumatı təkzib etdi


Sentyabrın 5-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsindəki döyüş mövqeyində, kiçik çavuş Arman Qagikoviç Sarkisyan (2002-ci il təvəllüdlü) guya Azərbaycan ordusunun atəşi nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmət məlumat yayıb.
Bildirilib ki, faktla bağlı istintaq şöbəsində materiallar hazırlanır.
Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib:
"Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi  barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik".

DİGƏR XƏBƏRLƏR

Top