İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə N.İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı oktyabrın 13-dək uzatdığını bildirib.
Qeyd edək ki, UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Nurlan İbrahimovun futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub. Buna səbəb onun Vətən müharibəsi zamanı Ermənistan tərəfinin Azərbaycanın Gəncə və Bərdə şəhərlərini bombalaması ilə bağlı feysbukda yazdığı status olub.