Azərbaycanda daha bir partiya qeydiyyata alındı


Qarabağ Azadlıq Təşkilatı keçirilmiş qurultayında Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul edib. Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top