ANAMA 2,8 milyon manata yeni avtomobillər alır


"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" Publik Hüquqi Şəxsi (ANAMA) tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
Yeniavaz.com 
xəbər verir ki, tender müsabiqələrinin qalibləri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və “Azərmaş Group” MMC olub.
“Gəncə Avtomobil Zavodu” ANAMA-ya 1 milyon 316 min 800 manat dəyərində üçoxlu avtobuslar, “Azərmaş Group” MMC isə 1 milyon 500 min manat dəyərində tibbi yardım nəqliyyat vasitələri satacaq.

DİGƏR XƏBƏRLƏR

Top