Məmmədyarov "Sinkfild Kuboku"nda ilk qələbəsini qazandı


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb.

Yeniavaz.com xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşmalı idi. Ancaq, dünya çempionu turnirdən imtina edib və görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

Qeyd edək ki, hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top