Rusiya Yaponiya ilə bağlanan bu sazişi ləğv etdi


Rusiya yaponların Kuril adalarına asan səfərləri haqqında sazişdən çıxıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Rusiya Yaponiya ilə bu adaların keçmiş sakinləri olan Yaponiya vətəndaşlarının Kuril adalarına asan səfərləri haqqında sazişi, həmçinin qarşılıqlı səfərlər proseduru haqqında sazişi ləğv edib. Rusiya Federasiyası hökumətinin müvafiq sərəncamı hökumətin rəsmi portalında dərc olunub.
“SSRİ Xarici İşlər Naziri ilə Yaponiya Xarici İşlər Naziri arasında 1991-ci il 14 oktyabr tarixli qarşılıqlı səfərlər qaydası haqqında məktub mübadiləsi formasında Saziş və Rusiya Hökuməti arasında Saziş ləğv edilsin”, - deyə vurğulanıb. Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Yaponiya tərəfini xəbərdar etmək tapşırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top