Çində zəlzələ oldu, 46 nəfər dünyasını dəyişdi


Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 46 nəfər həlak olub. Bildirilib ki, 16 kilometr dərinlikdə qeydə alınan zəlzələ zamanı Qanzi rayonunda 29, Yaan şəhərində17 insan ölümü qeydə alınıb.16 nəfər isə itkin düşüb, 50-dən çox insan xəsarət alıb.
Hazırda xilasetmə işləri davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top