Türkiyədə yerləşən Silivri Həbsxanasının adı dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Ədliyyə Nazirliyi Silivri Bələdiyyə Başçısı Volkan Yılmazın vəsatəti əsasında Silivri həbsxanasının adının Marmara həbsxanası olaraq dəyişdirilməsinə qərar verib.
Qeyd edək ki, bəhs edilən həbsxana Türkiyənin ən böyük həbsxanasıdır.