Azərbaycanın bu rayonlarına xaricdən daha çox pul göndərilir - Tam siyahı


Lənkəran-Astara iqtisadi rayonuna daxil olan inzibati rayonlarda – Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıda yaşayan əhalinin gəlirləri arasında xaricdən göndərilən pullar digər rayonlarla müqayisədə daha çoxdur. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il Lənkəran-Astara iqtisadi rayonunda yaşayan hər bir ailəyə xaricdən orta hesabla 13,1 manat pul göndərilib.
Lənkəran-Astara iqtisadi rayonunda əhalinin aylıq gəlirlərinin 4,6%-ni xaricdən göndərilən pullar təşkil edib.
Digər iqtisadi rayonlarda bu göstərici daha az olub. Ümumiyyətlə xaricdən ən az pul vəsaiti alanlar Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) sakinləri olub. Bu rayonların sakinlərinin gəlirlərində xaricdən göndərilən pul vəsaitləri ümumi gəlirlərin 0,1%-ni təşkil edib. Şərqi Zəngəzur iqtisadi rayonunda adambaşına düşən gəlir 310,6 manat olub və bunun 20 qəpiyi xaricdən göndərilib.
Ay ərzində ən çox gəliri olanlar Bakı şəhər sakinləridir və onların da adambaşına düşən aylıq gəliri 327 manat olub. Bu gəlirlərin isə 3,2 manatı və ya 1%-i xaricdən göndərilib.
Digər rayonlarda isə analoji vəziyyət belə olub:
İqtisadi
rayonlar
Adambaşına düşən orta aylıq gəlir Xaricdən göndərilən
vəsait
Ümumi gəlirdə xaricdən göndərilən vəsaitin payı
Bakı 327 azn 3,2 azn 1 %
Naxçıvan MR 322,7 azn 3,9 azn 1,2 %
Abşeron-Xızı 299,7 azn 3,9 azn 1,3 %
Dağlıq Şirvan 303,2 azn 0,7 azn 0,2 %
Gəncə-Daşkəsən 286,3 azn 8,5 azn 3 %
Qarabağ 281,1 azn 3,6 azn 1,3 %
Qazax-Tovuz 303,9 azn 8,4 azn 2,8 %
Quba-Xaçmaz 304,5 azn 2,7 azn 0,9 %
Lənkəran-Astara 280,9 azn 13,1 azn 4,6 %
Mərkəzi Aran 273,5 azn 9,4 azn 3,4 %
Mil-Muğan 297,5 azn 4,1 azn 1,4 %
Şəki-Zaqatala 285,8 azn 2,9 azn 1 %
Şərqi Zəngəzur 310,6 azn 0,2 azn 0,1 %
Şirvan-Salyan 293,6 azn 2,2 azn 0,7%

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top