Hollandiyada dünyanın ilk plastik yolları salınır

VolkerWessels adlı tikinti şirkətinin təqdim etdiyi bu qeyri-adi layihənin reallaşması artıq 2017-ci ilin planına daxil edilib. Dəyərləndirmələrdən sonra məlum olub ki, plastik yollar ənənəvi asfalt yollarda daha möhkəm və etibarlıdır. Belə ki, öz struktura görə ancaq müəyyən təmir üçün yararlı olan asfaltdan fərqli olaraq, plastiki tam yenidən işləmək mümkündür. Bu xüsusiyyəti sayəsində də, köhnə və sıradan çıxmış yolların bərbası qat-qat ucuz başa gələcək. Bizə çox dözümsüz görünməsinə baxmayaraq, bu şirkət tərəfindən istehsal edilmiş plastik material -40 dərəcə soyuqdan +80 dərəcə isti havaya dözümlüdür.

Layihənin həyata keçirilməsi üçün KWS, Wavin və Total şirkətlərinin əməkdaşalığına artıq start verilib. Bütün məlumatları açılmasa da, artıq birinci mərhələnin 2017-ci ildə istifadəyə veriləcəyi ictimaiyyətə açıqlanıb. Bir daha qeyd edək ki, plastik örtük asfalt örtüyün götürdüyü kütlə qədərə dözümlü olsa da, əlavə üstünlükləri olduqca çoxdur. Bu blokların daşınması və yığılması, sıradan çıxdığı halda yenidən bərpası asfaltla müqayisədə qat-qat daha asandır. Daxilindəki boşluqlar sayəsində isə, bu plastik bloklar həm də naqillər üçün "yuva" ola bilirlər.Bütün bu xüsusiyyətləri nəzərə alan Hollandiya rəsmiləri hər zaman olduğu kimi, bu dəfə də yeniliyi tətbiq etməkdən çəkinməyiblər.

pahoo.az

DİGƏR XƏBƏRLƏR

Top