Ötən gün Nikol Paşinyan hakim “Mülki Müqavilə” fraksiyasının deputatları ilə qapalı görüş keçirib, onlar qarşıdan gələn yerli hakimiyyət seçkilərini, partiyalarının qarşıdan gələn qurultayını müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Görüşün sonunda Nikol Paşinyan deputatları, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşün bəzi təfərrüatları barədə məlumatlandıraraq bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.