Özünü yandıran II qrup əlil öldü - Qazi olduğu deyilir


Baş Prokurorluq Ucar rayonunda baş vermiş intihar hadisəsi barədə məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkərlərdə onun 1-ci Qarabağ müharibəsi qazisi oldugu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top