İstanbuldakı Qız qülləsi sökülüb? - Video


Türkiyənin İstanbul şəhərinin simvollarından biri sayılan Qız qülləsinin (Kız Kulesi) söküldüyü iddia olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Yayıldığı qısa müddət ərzində gündəm olan görüntülərdə qüllənin kamuflyaj olunduğu və görünmədiyi əks olunub. Kadrlarda kamuflyaj materiallarının arasındakı boşluqlarda hər hansı bir şeyin görünməməsi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Türkiyə Mədəni İrs və Muzeylər Baş İdarəsi açıqlama yayıb:
“Universal qorunma prinsiplərinə riayət etməklə qüllənin konus hissəsi binadan çıxarılıb, onun orijinal materialına uyğun hazırlanması istiqamətində işlər davam etdirilir. Bərpa və Qız qülləsi ilə bağlı bütün sənədlər və yeniliklər aidiyyəti saytda bütün xalqımızla paylaşılır. 2023-cü ildə Cümhuriyyətimizin 100 illik yubileyində Qız qülləsi tarixi-monumental dəyərinə uyğun olaraq həm abidə, həm də muzey kimi fəaliyyət göstərəcək”.
Sosial şəbəkələrdə yayılan kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top