Türkiyədə terrorçu ilə fotosu olan millət vəkili həbs olundu - Video


Türkiyədə saxta pasport ilə xaricə qaçmaq istəyən millət vəkili haqqında həbs qərarı verilib.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə Türkiyə Böyük Millət Məclisində HDP-ni (Xalqların Demokrat Partiyası) təmsil edən millət vəkili - Semra Güzel haqqında həbs qərarı çıxarıb.
Bildirilir ki, 2017-ci ildə Adıyamanda öldürülən PKK terror təşkilatının üzvü Volkan Boranın telefonuna baxış zamanı HDP Diyarbəkir millət vəkili Semra Güzellə çəkilmiş fotolar aşkarlanıb. PKK terrorçusu ilə fotoları üzə çıxdıqdan sonra millət vəkilinin toxunulmazlığı götürülüb və “silahlı terror təşkilatına üzv olmaq” iddiası ilə axtarışa verilib.
Verilən məlumata görə, terrorçu Volkan Bora ilə HDP millət vəkili Semra Güzel eyni vaxtda Harran Universitetinin Tibb fakültəsində oxuyublar və burada tanış olublar.

 

DİGƏR XƏBƏRLƏR

Top