ABŞ Rusiyadakı səfiri Moskvanı tərk edib


ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan səlahiyyət müddətini başa çatdıraraq  Moskvanı tərk edib. 
Yeniavaz.com
"Forbes" nəşrinə istinadən bildirir ki, Sallivan 3 il əvvəl sabiq ABŞ prezidenti Donald Tramp tərəfindən Rusiyaya səfir təyin edilib. Bir gün əvvəl səfir rütbəsində olan Sallivan Mixail Qorbaçovla vida mərasimində iştirak edib. Rusiyanı tərk etdikdən sonra dövlət qulluğunda işini başa vuracaq.
Yeni səfir gələnə qədər səfirin müavini Elizabet Rud missiya rəhbəri vəzifəsini icra edəcək. 
62 yaşlı Sallivan Rusiyada səfir olmamışdan əvvəl 3 ilə yaxın ABŞ dövlət katibinin müavini olub və ABŞ-ın xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsi, habelə ABŞ Dövlət Departamentinin beynəlxalq fəaliyyətinin idarə edilməsinə cavabdeh olub. 2018-ci ilin mart-aprel aylarında Sallivan ABŞ dövlət katibi vəzifəsini icra edib.


 

DİGƏR XƏBƏRLƏR

Top