Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı DİN-dən Açıqlama


Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilir ki, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.
İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.
Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top