Bakı sakinləri kafe və restoranlarda yarım milyarddan çox pul xərcləyiblər - Rəsmi


Bu ilin ilk 7 ayı ərzində paytaxt Bakıda ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və s.) 516,6 milyon manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,3 faiz artıb. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 64,1 faizini təşkil etmişdir.

DİGƏR XƏBƏRLƏR

Top